PEDAQOJİ ŞURA İCLASI KEÇİRİLDİ

   17 nömrəli tam orta məktəbdə "Pedaqoji Şura" iclası keçirildi. İclası giriş sözü ilə açan məktəbin direktoru Nazilə Əliyeva 2022-2023-cü tədris ilinin yekunları və buraxılış imtahanlarda nəzərdə tutulan Azərbaycan dili,Riyaziyyat və İngilis dili fənlərinin nəticələri müzakirə etdi.Bununla yanaşı 2022-2023-cü tədris ilində məktəbin, şagirdlərin qazandığı nailiyyətlərə və layihələrdə fəal iştiraklarına görə bir sıra müəllimlər “Tərifnamə” ilə təltif edildi. İclasda direktor və direktor müavinləri ilə yanaşı məktəbin metodbirləşmə sədirlərinin çıxışları və müəllimlərin təklif və fikirləri dinlənildi.Məktəbə yeni təyin olunmuş müəllimlər kollektivə təqdim olundu.

  Pedaqoji Şura iclasının sonunda məktəbin direktoru Nazilə Əliyeva 2023-2024-ci tədris ilində qarşıda duran vəzifələr,tədrisin təşkili və digər məsələlərlə bağlı müvafiq tapşırıq və tövsiyyələrini verdi.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi