MƏKTƏB ŞAGİRDLƏRİ AZƏRBAYCAN MİLLİ TARİXİ MUZEYİNDƏ EKSKURSİYADA OLDULAR

 

  Azərbaycan Milli Tarixi Muzeyi Respublikamızın ən nüfuzlu muzeyidir.Tarix Muzeyi 1920-ci ilin iyulundan məşhur neft sahibkarı və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin 1895-1901-ci illərdə tikdirdiyi sarayda yerləşdirilmiş və ilk tamaşaçılarını 1921-ci ilin mayında qəbul etmişdir.Yarandığı ilk illərdə muzeydə tarix, arxeologiya və etnoqrafiya, botanika və zoologiya, mineralogiya və geologiya, təsviri incəsənət və bədii sənət, xalq təhsili, köməkçi tədris müəssisələri şöbələri, eləcə də Azərbaycan Doğma Diyarın Tədqiqi Cəmiyyəti və Qədim abidələrin mühafizəsi komissiyası fəaliyyət göstərirdi. Hacı Zeynalabdin Tağıyevin ev  muzeyinə daxil olan otaqların, əşyaların, mebelin bərpası ilə məşğul olan Azərbaycan və İtaliya mütəxəssisləri H.Z.Tağıyevin ailəvi fotoalbomu əsasında otaqların əvvəlki görkəmini bərpa edə bilmişlər. Muzeyi təşkil edən otaqlar bunlardır: 1) H.Z.Tağıyevin iş kabineti, 2) Şərq zalı, 3) kitabxana, 4) bilyard otağı, 5) yemək otağı, 6) məlumat otağı, 7) Sona xanım Tağıyevanın bəzək otağı — buduar, 8) yataq otağı, 9) təmizlik otağından ibarətdir.05 iyunda məktəbin 7,,D”sinif şagirdləri sinif rəhbərləri Gülarə Məmmədovanın rəhbərliyi ilə,,Milli Tarixi”müzeyində ekskursiyada oldular.Muzey bələdçisi şagirdləri muzeydə olan maraqlı eksponatlar ilə tanış edərək,muzey haqqında geniş məlumat verdi. Muzeydə olan sərgilər şagirdlər tərəfindən böyük maraqla qarşılandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi