,,AİLƏM VƏ MƏKTƏBİM”LAYİHƏSİNƏ HƏSR OLUNMUŞ "ŞƏNİN YERİNƏ OLSAM” MÖVZUSUNDA VALİDEYNLƏRLƏ GÖRÜŞÜN III GÜNÜ

  Layihəmizin III günü həm də 1 İyun- Uşaqların Beynəlxalq Müdafisəsi Gününə təsadüf etdiyinə görə günümüz maraqlı keçdi. Fərqli peşə sahibləri ilə tanış olduq.İlk çıxışımız stüardessa Səbinə Şirəliyevadan gəldi.Uşaqların marağına səbəb olan bu peşə ilə bağlı suallar verildi. Səbinə xanım da bütün sualları cavabladı.Daha sonra fitness müəllimi Fatimə İbrahimova idman və sağlamlıq haqqında çox maraqlı çıxışı ilə şagirdlərin qarşısına çıxdı. Sağlam qidalardan və öz peşəsini sevdiyindən bəhs etdi.Layihəmizin 3-cü gününə nəzərdə tutulan son çıxışımız Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin polkovnik leytenantı Səttarzadə Rəşad oldu.Yanğın zamanı yarana biləcək təhlükədən, yanğından mühafizədən, yanğını törədə biləcək səbəblərdən danışdı.Necə bu peşəni seçdiyi barədə şagirdlərlə səmimi söhbət apardı. Onların suallarını səbirlə cavabladı. Bayram şənliyi ilə 3-cü günümüzü başa vurduq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi