ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN 100 İLLİYİ, ,,AİLƏM VƏ MƏKTƏBİM”, ,,İDMANSEVƏRLƏR”LAYİHƏSİNƏ HƏSR OLUNMUŞ "ŞƏN STARTLAR" YARIŞMASI KEÇİRİLDİ

  Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyindən daxil olmuş 13.03.2023-cü il 3-29-59/3-2-170F №li ,,İdmansevərlər”layihəsi və 18.04.2023-cü il 3-29-59/3-2-170F №li ,,Ailəm və məktəbim” layihəsi məktubuna  əsasən Elm və Təhsil Nazirliyi tərəfindən təhsilalanların sağlamlıqlarının möhkəmləndirilməsi, fiziki inkişafının təmin edilməsi, onlarda müsbət emosiyaların dayanıqlı olması,idman və bədən tərbiyəsinin inkişafı,bu sahədə kütləviliyin təmin edilməsi istiqamətində davamlı və məqsədyönlü işlər aparılır.Ailə-məktəb münasibətlərinin sağlam pedaqoji,psixoloji əsaslar üzərində, qarşılıqlı hörmət və əməkdaşlıq əsasında qurulması cəmiyyətin inkişafını şərtləndirən amillərdəndir.Beləki,19 mayda məktəbin ibtidai 3,,C” sinif ,,Liderlər”, ,,Qəhrəmanlar” və ,,Ulduzlar” komandaları arasında,,Şən startlar”idman yarışı keçirildi.Sinif müəllimi Samirə Xəlilova,sinif valideynləri və idman müəllimləri Vasif Əkbərov,Lyubov Komarova tərəfindən təşkil edilən bu yaış şagirdlər tərəfindən çox həvəslə qarşılandı.Gərgin idman şəraitində keçirilən bu yarışda yekun nəticədə ,,Ulduzlar” komandası I yerə layiq görülərək diplomlar,medallar və kubokla təltif edildilər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi