“ZƏRƏRLİ VƏRDİŞLƏRƏ YOX DEYƏK”!

 18 mayda 17 nömrəli tam otra məktəbdə “Zərərli vərdişlərə yox deyək!”mövzusunda seminar dərs biologiya müəllimi Tahir Həmzəyevin tərəfindən rus bölməsinin 8,,B”sinif şagirdləri iştirakı ilə təşkil edildi.Biologiya müəllimi Tahir Həmzəyev şaqgirdlərə,,Zərərli vərdişlər”in törətdiyi fəsadlar barədə geniş və ətraflı məlumat verdi.Sonra o qeyd etdi ki, ölkəmizin işıqlı və gözəl gələcəyi məhz sağlam, savadlı gənclikdən asılıdır.Hər bir yeniyetmə və gənc zərərli vərdişlərdən uzaq durmalı, diqqətini təhsilə, idmana yönəltməlidir.Dərsin əsas məqsədi məhz yeniyetmə və gəncləri narkomaniyanın və digər zərərli vərdişlərin mənfi nəticələri, doğurduğu fəsadlar barədə məlumatlandırmaq,onları belə neqativ əməllərdən çəkindirməkdən ibarətdir.Çünki narkotik vasitələrdən istifadə edərək özünü fiziki və psixoloji cəhətdən məhvə aparan insan nə yaxınları, nə də cəmiyyət üçün layiqli vətəndaş ola bilməz.Sonda,,Zərərli vərdişlər”haqqında videofilm nümayiş etdirildi və şagirdləri maraqlandıran suallar cavablandırıldı.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi