ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ DƏRSLƏR KEÇİRİLDİ

  10 mayda 17 nömrəli tam orta məktəbdə xalqımızın Ümummilli lideri,Ulu Öndər Heydər Əliyevin 100 illiyi  ilə əlaqədar 1,,A,1,,C,1,,D,1,,G,2,,C, 2,,Ç, 3,,Ç,3,,Ə,4,,A,4,,Dvə 4,,Eibtidai sinif şagirdlərinin iştirakı ilə sinif müəllimləri dərslər təşkil etdilər.İlk öncə Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Sonra sinif müəllimləri Ulu Öndərin həyatı,onun Azərbaycan tarixində,Azərbaycan xalqının müstəqilliyində oynadığı mühüm rolu haqqında şagirdlərə məlumatlar verdilər.Qeyd edildi ki,Ümummilli lider Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət,qeyri-adi zəka,fitri-istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür.Sonda Ulu Öndərin həyat və yaradıcılığını əks etdirən təqdimatlar,rəsmlər,şeirlər səsləndi və videoçarxlar nümayiş olundu.Dərslərdə iştirak edən tərbiyə işləri üzrə direktor müavini Tahir Həmzəyev qeyd etdi ki,Ulu Öndərin dediyi kimi, təhsilimizin əsas məqsədi gənc nəslə,uşaqlara təhsil verib onları gələcəyə hazırlamaq və dövlətinə, millətinə, ənənələrə, xalqına sadiq vətəndaş yetişdirməkdir.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi