PEŞƏYÖNÜMLÜ TƏHSİLƏ HƏSR OLUNMUŞ ANKET SORĞUSU TƏŞKİL EDİLDİ

 08 apreldə 17 nömrəli tam orta məktəbin 8,,D”sinif şagirdlərinin iştirakı ilə texnologiya müəllimləri Əfsanə Abdullayeva və Rəhniman Dəmirçiyeva ,,Peşəyönümlü təhsilə”həsr olunmuş anket sorğusu təşkil etdilər.Şagirdlər sorğuda verilən suallara öz münasibətlərini bildirərək cavablandırdılar.Peşəyönümlü təhsilə həsr olunmuş dərslər gənc nəslin əmək bazarına uyğun düzgün peşə seçiminə dəstək verilməsi,əmək bazarında olan peşələr, işəgötürənlərin peşə və ixtisaslara tələbləri barədə onların məlumatlandırılması məqsədi daşıyır.Şagirdlər anketlərdə sorğu zamanı müxtəlif peşələrə (aktyor,mühəndis,həkim, rəssam,dərzi,yanğınsöndürən, müəllim, aşpaz, polis, idmançı və s) öz münasibətlərini bildirdilər.Belə dərslərin məktəbin digər sinif şagirdləri üçün də təşkil olunması planlaşdırılır.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi