ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN 100 İLLİYİNƏ HƏSR EDİLMİŞ TƏDBİR KEÇİRİLDİ

  4 mayda məktəbin akt zalında Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Dahi şəxsiyyət " adlı tədbir keçirildi. Tədbir məktəbin ədəbiyyat müəllimləri Şölə Qurbanova,Ülfət Mustafayeva,Əsmər Bolıyeva, Aynurə Məmmədova,Kəmalə Zamanova,Sevda Cəfərova,İradə Mürsəlova,S.Ələsgərov adına 1№li incəsənət məktəbinin direktoru Vaqif Abbasovun təşkilatçılığı və məktəb şagirdlərinin iştirakı ilə baş tutdu.Tədbirdə bir sıra qonaqlar,o cümlədən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ümumi şöbənin əməkdaşı Rəhman müəllim,Bakı Şəhəri Mədəniyyət Baş İdərəsinin rəisi İbrahim Əliyev,BŞMBİ-nin musiqi və incəsənət sektor müdiri Bəturə Məmmədəliyeva,Xətai rayon İcra Hakimiyyəti ictimai-siyasi və humanitar məsələləri üzrə şöbə müdiri Pənah İmanov və Xətai rayon 171№li məktəbin direktoru Zemfira Məsiyeva,məktəb müdiriyyəti, müəllim və valideynlər iştirak edirdilər.Öncə məktəbin dəhlizində qızlardan ibarət rəqs qrupu öz rəqsləri ilə qonaqları qarşıladılar.

  Tədbir Ulu Öndərin və Vətən şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.

  Tədbirdə şagirdlər dahi şəxsiyyət Heydər Əliyevə həsr olunmuş ədəbi-bədii kompozisiyalar nümayiş etdirdilər.Həmçinin məktəblilərin H.Əliyevə həsr olunmuş səsləndirdikləri şeirlər və mahnılar maraqla qarşılandı.

  Tədbirdə Azərbaycan xalqının dahi oğlu, qüdrətli dövlət xadimi və müdrik siyasətçi, müstəqil Azərbaycanın memarı Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarxlar nümayiş olundu.

Tədbirdə çıxış edən məktəbin direktoru Nazilə Əliyeva və qonaqlar bu il 100 illik yubileyi qeyd olunan Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının tarix boyu yetişdirdiyi nadir və bənzərsiz şəxsiyyəti kimi milyonlarla insanın qəlbində əbədi yaşadığını söylədilər.Ulu Öndər Heydər Əliyevin təhsilə daim böyük önəm verdiyini və ümummilli liderin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyini diqqətə çatdırdılar. Məktəb müdiriyyəti və qonaqlar şagirdlərin böyük həvəslə ərsəyə gətirdikləri tədbiri yüksək qiymətləndirərək öz təşəkkürlərini bildirdilər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi