PEDAQOJİ KOLLEKTİVLƏ İCLAS KEÇİRİLDİ

 29 apreldə 17 nömrəli tam orta məktəbdə Elm və Təhsil Nazirliyi nəznində yaradılmış TKTA tərəfindən aparılmış yoxlamanın nəticəsinə həsr olunmuş pedaqoji kollektivlə iclas keçirildi.İclası giriş sözü ilə açan məktəbin direktoru Nazilə Əliyeva məktəbədə aparılan iki günlük yoxlamanın nəticələri haqqında məruzə ilə çıxış etdi.

  Təlim - tərbiyə işləri üzrə direktor müavini Bəturə Sanıyeva TKTA tərəfindən müxtəlif fənlər üzrə siniflərdə keçirilmiş yoxlamanın nəticələrini müəllimlərin nəzərinə çatdırdı.

  Təlim - tərbiyə işləri üzrə direktor müavini Nərgiz Hüseynova ibtidai siniflərlə bağlı hesabatla çıxış etdi.İbtidai siniflərdə keçirilmiş dərs dinləmələri və onların nəticələri haqqında məlumat verdi. Tərbiyə işləri üzrə direktor müavini Tahir Həmzəyev yoxlama zamanı tərbiyə işləri,dərsə davamiyyət, məktəbdənkənar və sinifdənxaric işlər haqqında məlumatla çıxış etdi.

  İclasda müxtəlif mövzular ətrafında müəllimlərin fikirləri dinlənildi.Bir sıra məslələr ətrafında müzakirələr aparıldı,qarşılıqlı fikir mübadiləsi olundu.

  İclasın sonunda məktəbin direktoru Nazilə Əliyeva yoxlamalar zamanı yaranmış nöqsanları təhlil edərək, qısa zamanda görüləcək işlər barəsində müvafiq tapşırıq və tövsiyələrini verdi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi