ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN 100 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ SEMİNAR DƏRS KEÇİRİLDİ

  20 apreldə 17 nömrəli tam orta məktəbdə xalqımızın Ümummilli lideri  Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş seminar dərs kimya fənnindən ,,Heydər Əliyev və onun neft strategiyası” mövzusunda 8,,E“sinif şagirdləri ilə kimya müəllimi Kəmalə Paşayeva tərəfindən təşkil edildi. İlk öncə Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Sonra Kəmalə müəllim Ulu Öndərin həyatı, onun Azərbaycan tarixində,Azərbaycan xalqının müstəqilliyində oynadığı mühüm rolu haqqında şagirdlərə məlumat verdi.Qeyd edildi ki,Ümummilli lider Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət,qeyri-adi zəka,fitri-istedad sahibi,müdrik dövlət xadimi kimi düşmüşdür.Sonra Ulu Öndərin həyat və yaradıcılığı,onun neft strategiyasını əks etdirən təqdimatlar nümayiş olundu,şeirlər söylənildi və videoçarxlar nümayiş olundu.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi