,,VELOSİPED”İDMAN YARIŞINDA ŞAGİRDİMİZİN UĞURLU ÇIXIŞI

 15-16 aprel tarixlərində şose velosipedi üzrə Azərbaycan Kubokunun dördüncü mərhələsi keçirilib.Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı ilə İsmayıllı rayonunda (İsmayıllı- Qaraməryəm-İvanovka) baş tutan yarışın ilk günündə idmançılar qrup ötüşməsi,ikinci günündə isə fərdi ötüşmə növündə güclərini sınayıblar.İkinci yarış günündə yeniyetmə oğlanların mübarizəsində 17 nömrəli tam orta məktəbin 10,,Ksinif şagirdi Artyom Proskuryakov I yerə layiq körülərək medal,diplom və qiymətli hədiyyə ilə təltif olunmuşdur.Məktəbin müdiriyyəti Artyomu təbrik edir və gələcəkdə daha da böyük uğurlar qazanmağı arzulayır.

 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi