IX SİNİF ŞAGİRDLƏRİ İLƏ PEŞƏYÖNÜMLÜ TƏHSİL VƏ PEŞƏ SEÇİMİ MÖVZUSUNDA GÖRÜŞ KEÇİRİLDİ

 18 apreldə 17 nömrəli tam orta məktəbdə 9,,E" və 9,,Ə" sinif şagirdləri ilə peşəyönümlü təhsil və peşə seçimi mövzusunda görüş keçirildi. Məktəbin üzrə direktor müavini Tahir Həmzəyev tərəfindən təşkil edilən görüşdə Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin müəllimi Əsmər xanım iştirak edirdi.Görüşün əsas məqsədi IX sinif məzunlarını “Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzi” və onun maddi–texniki bazası ilə yaxından tanış etmək idi.Peşəyönümü təhsilə həsr olunmuş görüşlər gənc nəslin əmək bazarına uyğun düzgün peşə seçiminə dəstək verilməsi, əmək bazarında olan peşələr,işəgötürənlərin peşə və ixtisaslara tələbləri barədə onların məlumatlandırılması məqsədi daşıyır.Səmimi görüş çərçivəsində keçirilən bu tədbirdə məzunları maraqlandıran suallar cavablandırıldı.Tədbir iştirakçıları keçirilən bu görüşdən  xoş təsərrüatlarla ayrıldılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi