“ÜMUMDÜNYA AVİASİYA VƏ KOSMONAVTİKA GÜNÜ”NƏ HƏSR OLUNMUŞ SEMİNAR DƏRS KEÇİRİLDİ

 12-aprel Ümumdünya Aviasiya və Kosmonavtika Günüdür. 1961-ci ilin bu günündə ilk dəfə olaraq Sovet İttifaqı vətəndaşı Yuri Qaqarin orbitə çıxıb. "Vostok" kosmik gəmisi ilə orbitə çıxan kosmonavt 1 saat 48 dəqiqə ərzində Yer kürəsi ətrafında dövr edib və uğurla Saratov əyalətində yerə enib.
   SSRİ Ali Sovetinin 9 aprel 1962-ci il tarixli qərarı ilə 12 aprel-Ümumdünya Aviasiya və Kosmonavtika Günü elan edilib. Bu mövzuya həsr olunmuş seminar dərs sinif müəllimi Samirə Xəlilova tərəfindən 3,,C”sinif şagirdlərinin iştirakı ilə təşkil edildi.Samirə müəllim öncə şagirdlərə kosmonavtikanın tarixi və Azərbaycan aerokosmik sənayesi haqqında məlumat verdi.Sonra şagirdlərin çəkdikləri rəsmlər nümayiş edildi və onları maraqlandıran suallar cavablandırıldı. Azərbaycanda aerokosmik sənayenin yaradılması və bu sahənin inkişafı isə 2008-ci ildə prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamdan sonra başlayıb. Ölkədə fəaliyyət göstərən aerokosmik agentliyin qarşısında duran başlıca vəzifə ölkənin müdafiə qüdrətinin möhkəmlənməsinə və inkişafına xidmət edən layihələri icra etməkdir.
   Azərbaycanın ilk milli süni telekommunikasiya peyki "Azerspace-1" 2012-ci il fevralın 8-də orbitə çıxarılıb. "Azerspace-1" Bakı vaxtı ilə saat 01:36 radələrində Cənubi Amerikada yerləşən Fransa Qvianası Kosmik Mərkəzinin Kuru Kosmodromundan Fransanın "Arianespace" şirkətinin "Ariane 5" raket daşıyıcısı vasitəsilə qaldırılıb. "Azerspace-1" peykinin orbitə buraxılması ilə Naxçıvan MR-in ərazisi də daxil olmaqla Azərbaycanın bütün ərazisində keyfiyyətli televiziya və radio yayımı,o cümlədən sürətli IP xidmətlərin göstərilməsi təmin olunub.Artıq dünya kosmik sənayesinin bir üzvünə çevrilən ölkəmiz kim bilir bəlkə də, yaxın gələcəkdə həm də təcrübəli kosmonavtları ilə tarix yazacaq.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi