“FÖVQƏLADƏ HALLAR NAZİRLİYİNİN AKADEMİYASI” ƏMƏKDAŞLARI İLƏ MAARİFLƏNDİRİCİ GÖRÜŞ KEÇİRİLDİ

  Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyası Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 2 iyun tarixli 2850 nömrəli Sərəncamına əsasən yaradılmışdır və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üçün xüsusi ixtisaslı ali təhsilli kadrların hazırlanmasını, əməkdaşların əlavə təhsilini, fövqəladə hallar sahəsində fundamental və tətbiqi elmi tədqiqatları aparan ali təhsil müəssisəsidir.06 apreldə 17 nömrəli tam orta məktəbdə X və XI sinif şagirdləri ilə FHN Akademiyasının əməkdaşları ilə  maarifləndirici görüş keçirildi.Bu görüşdə Tİ üzrə direktor müavini Tahir Həmzəyevdə iştirak edirdi. İlk öncə Tahir müəllim FHN Akademiyası əməkdaşlarını təqdim etdi,onlar isə Akademiyada təlim-tərbiyə və yaradılan şərait barədə məzunlara geniş məlumat verdilər.Sonra Akademiyaya həsr olunmuş videoçarx nümayiş olundu.Sonda şagirdləri maraqlandıran suallar cavablandırıldı.Görüş şagirdlərin böyük marağına səbəb oldu.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi