APREL DÖYÜŞLƏRİNİN İLDÖNÜMÜNƏ HƏSR OLUNMUŞ SEMİNAR DƏRS TƏŞKİL EDİLDİ

 2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş hərbi münaqişənin ildönümünə həsr edilmiş seminar dərs təşkil edildi.Dərs keçirilməmişdən əvvəl şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi və sonra 10,,A”sinif şagirdlərinə tarix müəllimi Samirə Soltanəliyeva  döyüşlər barədə məlumat verərək, əsgərlərimizin qəhrəmanlıq mübarizəsindən danışdı.Onlar Azərbaycan Silahlı Qüvvələrinin Talış kəndi ətrafındakı yüksəklikləri,eləcə də Seysulan məntəqəsini azad etməsindən, Cəbrayıl rayonunun Cocuq Mərcanlı istiqamətində yerləşən "Lələ təpə" adlandırılan yüksəkliyə nəzarəti ələ keçirməsindən söhbət açıblar.Keçirilən tədbirdə həm də qeyd olunub ki, əməliyyatlar zamanı Azərbaycan Silahlı Qüvvələrinin 88 hərbi qulluqçusu həlak olub,1 Mi-24 helikopteri vurulub və 1 tank mina partlayışı zamanı sıradan çıxıb. Döyüşlərdə ermənilərə məxsus 30 tank, 15-dək artilleriya qurğusu, möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilib, 320 döyüşçüsü öldürülüb və 500-dən artıq döyüşçüsü yaralanıb.Sonda tarixi qələbəmizə həsr olunmuş videoçarxlar nümayiş etdirildi və şagirdlərin hazırladıqları təqdimatlarda qorxmaz, yenilməz Azərbaycan ordusu və Azərbaycan əsgəri haqqında fikirlər səsləndirildi. Allah Şəhidlərimizə rəhmət eləsin! Vətən sağ olsun!

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi