MƏKTƏB HƏYƏTİNDƏ ,,NOVRUZ”BAYRAMI QEYD EDİLDİ

  17 martda məktəbdə "Dəyərlərimizi qoruyaq" layihəsinə uyğun "Novruz milli bayramımızdır" adlı tədbir keçirildi.Məktəb müdiriyyəti tərəfindən təşkil edilən bu tədbirdə müəllimlər,valideynlər və VIII-XI sinif şagirdləri iştirak edirdilər. Novruz bayramını od-ocaqsız, gur Novruz tonqalı olmadan təsəvvür etmək mümkün deyildir.Məktəbin həyətində qurulmuş bayram tonqalı alovlandırıldı.Şagirdlər tərəfindən şən mahnılar, milli rəqslər ifa olundu və bu çıxışlar böyük coşqu yaradaraq alqışlarla qarşılandı. Milli geyimlərdə şagirdlərin əllərindəki səməni, nərgiz gülü baharın gəlişindən xəbər verirdi.Tədbirdə Azərbaycan xalqının mənəvi dəyərlər sistemində Novruz bayramının xüsusi yeri olduğu dönə-dönə vurğulandı, milli adət-ənənələrin gələcək nəsillərə ötürülməsinin və milli -mənəvi dəyərlərimizin qorunub saxlanmasının vacibliyi diqqətə çatdırıldı.Qeyd edək ki, layihənin keçirilməsində məqsəd dəyərlərimizi qorumaqla yanaşı şagirdlərdə milli-mənəvi dəyərlərimizə məhəbbət ruhunun yüksək olmasını aşılamaqdan ibarətdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi