MƏKTƏBİN KİTABXANASINDA ,,DƏYƏRLƏRİMİZİ QORUYAQ” ADLI ƏBƏDİ-BƏDİİ KOMPOZİSİYA TƏŞKİL EDİLDİ

  Novruz bayramına həsr olunmuş “Dəyərlərimizi qoruyaq!” layihəsinin icrası ilə bağlı tədbirlər planına əsasən məktəbimizin kitabxanasında kitabxana müdiri Sevil Qurbanova və kitabxanaçı Fatma Quluzadə təbiətin oyanması, baharın gəlməsi ilə bağlı el-obamızın milli bayramlarından biri olan Novruz bayramını əks etdirən əbədi-bədii kompozisiyanı 5,,G,6,,D və 7,,Əsinif şagirdlərinin iştirakı ilə təşkil etdilər.Fatma xanım şagirdlərə xalqımızın adət-ənənəsindən, Novruz bayramının özəlliklərindən danışıb,bu bayramın bizə dədə-babalarımızdan qaldığını, xoş ab-hava verdiyini, təbiətin oyanması ilə yanaşı insanlarda da gözəl münasibətlərin yarandığını bildirmişdir.Sonra işə şagirdlər hazırladıqları səhnəcikləri,mahnı və şeirləri təqdim etdilər.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi