MƏKTƏBİN İBTİDAİ SİNİFLƏRİNDƏ ,,NOVRUZ”BAYRAMINA HƏSR OLUNMUŞ TƏDBİRLƏR TƏŞKİL EDİLDİ

"Dəyərlərimizi qoruyaq" layihəsinin 13.03.2023-cü il 3-29-59/3-2-123 №li əmrinin crası ilə bağlı Tədbirlər Planının həyata keçirilməsi məqsədilə 14 martda 17 nömrəli tam orta məktəbdə 1,,C1,,B , 4,,D”,4,,E,5,,B və s sinif şagirdlərinin iştirakı ilə sinif müəllimləri İradə Seyfəliyeva,Aytən Mütəllimova,Zülfiyyə Rzayeva,Samirə Ibrahimova və rus dili müəllimi Pur-Riza Sevunc ,,Novruz” adət-ənənələrini özündə əks etdirən ,,Torpaq çərşənbəsi”nə həsr olunmuş sinif təşkilatı saatı,dəyirmi masa,dərslər və diskussiyalar təşkil etdilər.Şagirdlər hazırladıqları xonçalar və əl işlərindən ibarət sərgi hazırladılar.Tədbirdə TT işləri üzrə direktor müavini Nərgiz Hüseynova da iştirak edirdi.Sərginin təşkil olunmasında məqsəd mənəvi dəyərlərimizin,adət-ənənələrimizin şagirdlərə aşılanması,şagirdlərdə yaradıcı düşüncə bacarıqlarının formalaşdırılmasına xidmət edir.Sonda balaca fidanlar şeirlər söylədilər,mahnılar səsləndirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi