,,VELOSIPED”İDMAN YARIŞINDA MƏKTƏBİN ŞAGİRDLƏRİ UĞURLU ÇIXIŞ ETDİLƏR

 Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı ilə martın 11-də Gəncə şəhərində şose velosipedi üzrə Federasiya Kubokunun birinci mərhələsinə start verilib.Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən keçirilən yarışın ilk günündə idmançılar kriterium növündə güclərini sınayıblar.Ümumilikdə 30 velosipedçinin iştirak etdiyi mübarizəyə Heydər Əliyev Parkının önündən start verilib. İdmançılar təyin olunmuş marşrut üzrə dairəvi hərəkət ediblər.Yeniyetmə oğlanların yarışında Ravi Rzayev (ROEQİUGVM, 35 xal) qızıl,Artyom Proskuryakov (17 №li məktəb, 23 xal) gümüş, Maksim Trendelyov (Təhsil RİM, 20 xal) bürünc medal qazanıblar.

Qadınların mübarizəsində isə Viktoriya Sidorenko (ROEQİUGVM,40 xal) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Aybəniz Abbaszadə (ROEQİUGVM, 19 xal) ikinci,Lalə Əbdürəhmanova (17 №li məktəb, 16 xal) üçüncü yerlə kifayətləniblər.Yarışdan sonra mükafatlandırma mərasimi keçirilib.Qaliblər medal, diplom və qiymətli hədiyyələrlə təltif olunublar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi