İDMAN NAİLİYYƏTLƏRİ OLAN MƏZUN İDMANÇILARLA GÖRÜŞ GEÇİRİLDİ

  Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən 5 Mart – Bədən Tərbiyəsi və İdman günü ərəfəsində 27 fevral-3 mart  tarixində ümumi təhsil idman həftəsi keçirilir.Bu məqsədlə idman nailiyyətləri olan məktəbimizin məzun idmançıları ilə silsilə görüşlər keçirilir.28 fevralda 10,,B və 10,,A sinif şagirdlərin 2022/23-cü ilin məzunu Cəfərli Rumil ilə görüşü təşkil edildi.O, bir sıra beynəlxaq ,,Karate” idman yarışlarında I yerə layiq görülərək diplom və medallarla təltif edilmişdir.Görüş zamanı Rumil ,,Karate”idman növü və iştirak etdiyi idman yarışları haqqında şagirdlərə məlumat verdi. Sonra isə məktəbin 2019/20-ci ilin məzunu Əhmədova Nigar ,,Neftçi”idman klubunun üzvü və ,,Futbol”idmanı üzrə 20 yaşadək qızlardan ibarən Azərbaycan yığma komandasının üzvü ilə 6,,E” və 7,,C” sinif şagirdlərin görüşü keçirildi.O da futbol topu ilə bir sıra idman hərəkətləri nümayiş etdirərək ,sonra öz nailiyyətlərini şagirdlərlə bölüşdü.Sonda şagirdləri maraqlandıran suallar cavablandırıldı.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi