VIII-IX SİNİF ŞAGİRDLƏRİ İLƏ “REPRODUKTİV SAĞLAMLIQ” MÖVZUSUNDA SÖHBƏT KEÇİRİLDİ

  28 fevralda məktəbdə BŞTİ-nin 13 fevral 2023-cü il tarixli 59/2-500 li əmrinə əsasən “Reproduktiv sağlamlıq ” mövzusunda maarifləndirici söhbət təşkil edildi.Tədbirdə Tİ üzrə direktor müavini Tahir Həmzəyev, 8,,E və 9,,G” sinif şagirdləri, məktəbin həkimi Ülviyyə Əfəndiyeva,psixoloq Raidə İmanova və UBR Nərmin Cəlilova iştirak edirdilər.Çıxış edənlər “Reproduktiv sağlamlıq”və onun funksiyaları haqqında maarifləndirici məlumat verdilər. Bugünkü sağlam yeniyetmələr növbəti 10-15 ilin demoqrafik vəziyyətini təyin edəcəklər.Bunun üçün valideynlər övladlarını yeniyetmə uşaqların cinsi sağlamlığı barədə vaxtında və düzgün məlumatlandırmalı, gələcəkdə sonsuzluğa və infeksion xəstəliklərə yoluxmaya səbəb ola biləcək amilləri göz ardı etməməlidirlər.Tədbir şagirdlər tərəfindən maraqla izlənildi.Sonda mövzuya həsr olunmuş videoçarx nümayiş etdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi