XOCALI SOYQIRIMINA HƏSR OLUNMUŞ MÜHAZİRƏ TƏŞKİL EDİLDİ

  24 fevralda 17 nömrəli tam orta məktəbdə “Xocalı Faciəsi”-nin 31-ci ildönümünə həsr olunmuş mühazirə tarix müəllimi Vüsalə Əliyeva tərəfindən IX-X sinif şagirdlərinin iştirakı ilə təşkil edildi. Mühazirəçi Xocalı soyqırımı haqqında ətraflı danışaraq bildirdi ki, bu soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi yazılıb. Azərbaycanın ümummilli lideri Heydər Əliyev Xocalı soyqırmının on illiyi münasibətilə Azərbaycan xalqına müraciətinə qeyd etmişdir: “Bu amansız və qəddar soyqırım aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu”.Qeyd etmək lazımdır ki, Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalmışdır. Xalqımız tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmişdir.Sonra çıxış edən Tİ üzrə direktor müavini Tahir Həmzəyev 31 il əvvəl xalqımıza qarşı törədilmiş amansız qətliamın heç zaman unudulmayacağını,Xocalı həqiqətlərinin gənc nəsilə çatdırılmasının vacibliyindən danışdı və bu baxımdan mühazirənin önəmini vurğuladı.Sonda Xocalı faciəsinə həsr olunmuş sənədli film nümayiş etdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi