XOCALI FACİƏSİNİN 31-CI İLDÖNÜMÜNƏ HƏSR OLUNMUŞ XÜSUSİ DƏRS KEÇİRİLDİ

  24 fevralda 17 nömrəli tam orta məktəbdə “Xocalı” faciəsinin 31-ci ildönümü ilə bağlı,Xocalı Hüzn Gününə həsr olunmuş xüsusi dərslər I-IV sinif şagirdlərinin iştirakı ilə sinif müəllimləri tərəfindən keçirildi.Dərsdə ilk olaraq Xocalı faciəsində canlarını qurban vermiş qəhrəman vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Müəllimələr dərs zamanı Xocalı hadisələri barədə geniş məlumat verdilər,1992-cı ilin fevralın 25-dən 26-na keçən gecə baş vermiş faciənin qan yaddaşımıza yazıldığını,Azərbaycan xalqının erməni faşistləri tərəfindən amansızlıqla necə qətlə yetirildiyini vurğuladılar.Sonra şagirdlərin ifasında şeirlər,mahnılar və sənədli filmlərin nümayişi ilə davam etmişdir.Dərsdə iştirak edən məktəbin TT işləri üzrə direktor müavini Nərgiz Hüseynova öz çıxışında şagirdlərə Xocalı faciəsinin xalqımızın qan yaddaşından heç vaxt silinməyəcəyini,vətənimizin müstəqilliyi,suverenliyi və azadlığı uğrunda şəhid olanların əziz xatirəsinin qəlblərdə əbədi yaşayacağı vurğuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi