20 YANVAR FACİƏSİNƏ HƏSR OLUNMUŞ SEMİNAR DƏRS KEÇİRILDİ

 Yanvarın 19-da 20 Yanvar faciəsinin otuz ikinci ildönümünə həsr olunmuş seminar dərs məktəbin 10,,Ə” və 10,,E” sinif şagirdlərinin iştirakı ilə tarix müəllimi Vüsalə Əliyeva tərəfindən təşkil edildi. Dərsdə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra bu misilsiz vəhşiliyin təfərrüatları şagirdlərə çatdırıldı. Qeyd olundu ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda və Azərbaycanın bir neçə rayonunda dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklə müşayiət edilib. Bu hadisələrdə 131 nəfər öldürülüb, 744 nəfər yaralanıb. Həlak olanlar arasında qadınlar, uşaqlar, qocalar, həkim və polislər də olub.

 Otuz iki il keçməsinə baxmayaraq Azərbaycan xalqı bu hadisələri unutmadı və unutdurmadı. Sonda şagirdlərə 20 Yanvar faciəsi ilə yanaşı 44 günlük Vətən müharibəsini və tarixi qələbəmizi əks etdirən sənədli film nümayiş olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi