"QANLI YANVAR" MÖVZUSUNDA ANIM TƏDBİRİ KEÇİRİLDİ

 

 Yanvarın 19-da 17 nömrəli tam orta məktəbin rus dili və ədəbiyyat müəllimi Sevinc Pur Rizanın təşkilatçılığı ilə 20 Yanvar faciəsinin otuz ikinci ildönümünə həsr olunmuş “Qanlı yanvar" mövzusunda anım tədbiri keçirildi.Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı.Sonra 8ç, 9ç, 9c, 10a və 10d sinif şagirdlərinin ifasında qan yaddaşımıza həsr olunan şeirlərin və mahnıların səsləndirilməsi, səhnəciklərin təqdimatı ilə davam etdi.Tədbirdə məktəb müdiriyyəti,müəllimlər,valideynlər və şagirdlər iştirak edirdilər. Tədbirin sonunda 20 Yanvar faciəsi qurbanlarının,Vətənimizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda həyatlarını qurban verən igid oğul və qızlarımızın əziz xatirələri bir dəqiqəlik sükutla yad olundu.

Tədbirdə çıxış edən məktəbin direktoru Nazilə Əliyeva bildirdi ki, 20 Yanvar faciəsini nə qədər böyük ürək ağrısı ilə xatırlasaq da, xalqımızın azadlıq uğrunda mübarizə əzmini sındırmağın mümkünsüzlüyünü görəndə bundan sonsuz qürur hissi keçiririk. Bu gün böyük iftixar hissi ilə torpaqlarımızın işğaldan azad edilməsindən, üçrəngli bayrağımızın 30 il işğal altında qalan, amma heç zaman azadlığa qovuşacağına ümidini itirməyən torpaqlarımızda dalğalanır. Bunun üçün ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, rəşadətli Azərbaycan Ordusuna minnətdarıq”.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi