ŞƏHİDLƏR XİYABANINA ZİYARƏT

 1990-cı ilin qanlı yanvarından otuz iki il ötür. Azərbaycan xalqı hər zaman 20 Yanvar hadisəsində şəhid olanların xatirəsini əziz tutub. Hər il faciənin ildönümü ərəfəsində məktəbin şagird və müəllimləri and yerimiz olan şəhidlər xiyabanını ziyarət edib. Bu il də Yanvar şəhidlərinin xatirəsi izdihamlı ziyarətlə müşayiət olunub, şagirdlər, müəllimlər və valideynlər istiqlal fədailərinin məzarlarına faciənin simvoluna çevrilmiş al qərənfillər düzüb, onları qürurla anıb, bu faciəni törədənlərə dərin nifrətlərini bildiriblər. Yanvarın 18-də məktəbin 5,,E” sinif şagirdləri sinif rəhbəri Rəna Musayevanın rəhbərliyi ilə şəhidlər xiyabanını ziyarət etdilər.

 20Yanvar şəhidləri ilə yanaşı bugünkü müstəqilliyimiz üçün öz canından keçmiş I və II Qarabağ müharibəsinin şəhidləri də böyük hörmət və ehtiramla anılıb, onların da məzarları ziyarət olunub.

Allah şəhidlərimizə rəhmət eləsin!

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi