ŞAGİRDLƏR HƏRBİ QƏNİMƏTLƏR PARKININDA OLDULAR

  06-07 noyabrda "8 Noyabr-Zəfər Günü" ilə əlaqədar olaraq 17 nömrəli tam orta məktəbin sinif  müəllimləri Samirə İbrahimova,Gülnar İbrahimli 3,,E”və 4,,E”,Arzu Süleymanova isə 7"Ç" sinif şagirdləri ilə İkinci Qarabağ Müharibəsində Hərbi Qənimətlər Parkında oldular.,,Hərbi Qənimətlər Parkı” AR-nın ərazi bütövlüyünün bərpası uğrunda 27 sentyabr-10 noyabr 2020-ci il tarixində 44 gün davam edən Vətən müharibəsi zamanı müzəffər Azərbaycan ordusunun işğalçı ermənistanı döyüş meydanında məğlub etməsi nəticəsində düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qisminin və ermənistan ordusu tərəfindən qurulmuş müdafiə sədlərinin nümayiş olunması məqsədini daşıyır.Gəzinti şagirdlərin böyük marağına səbəb oldu. Şagirdləri maraqlandıran suallar cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi