,,ZƏFƏR GÜNÜ”NƏ HƏSR OLUNMUŞ İDMAN YARIŞI KEÇİRİLDİ

   03 noyabrda “Zəfər günü”nə həsr olunmuş ,,Şən startlar”idman yarışı 17 nömrəli tam orta məktəbin idman zalında 7e(Qartal )və 7d(Şahin) komandaları arasında idman müəllimləri Naidə İsakova və Çimnaz İsmayılova tərəfindən təşkil edildi.Yarış Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlamış,sonra isə şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.Açılış mərasimində iştirak edən Tİ üzrə direktor müavini Tahir Həmzəyev bu yarışın keçirilmə məqsədi haqqında geniş məlumat vermiş və komandalara uğurlar arzulamışdır.Gərgin keçən oyunda komandalar öz fiziki bacarıqlarını nümayiş etdirərək kəndir dartma və estafetlərdə həvəslə iştirak etmişlər. Məktəbin 7e(Qartal) komandası yarışda daha fəal iştirak edərək yarışın qalibi olmuşdur.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi