Məktəbdə 27 sentyabr Anım Günü ilə əlaqədar tədbirlər keçirildi

    Təhsil Nazirliyinin əmri ilə təsdiqlənmiş “27 sentyabr Anım Günü və 8 noyabr Zəfər Günü ilə bağlı Tədbirlər Planı”na və BŞTİ-nin müvafiq əmrinə əsasən 17 nömrəli tam orta məktəbdə Anım Gününə həsr olunmuş seminarlar, mühazirələr, “Dəyirmi masa”lar, “Açıq dərs”lər, məktəb foesində videoçarxlar, təqdimatlar, foto və rəsm sərgiləri təşkil edildi.

    Tədbirlərdə Vətən Müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilərək, 27 sentyabr Anım Günü barədə şagirdlərə məlumat verildi. 2020-ci il sentyabrın 27-dən Ermənistanın ölkəmizə qarşı başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələrinin işğal altındakı torpaqlarımızın azad edilməsi uğrunda Vətən Müharibəsinə başladığı şagirdlərin diqqətinə çatdırılıb. Qəhrəman oğullarımızın şücaəti, şəhidlərimizin qanı, canı bahasına bütün dünyanın Azərbaycanın şanlı qələbəsinə şahid olduğu barədə şagirdlərə geniş məlumatlar verilib.

    Anım Günü ilə bağlı məktəbimizdə Vətən Müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş ağacəkmə aksiyasında 44 ədəd şam ağacları əkilib. Bu aksiyada məktəbin direktoru Nazilə Əliyeva, TDM-nin əməkdaşı Zaur Balaqadaşov, müəllimlər və VII,VIII,IX sinif şagirdləri iştirak ediblər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi