Ulu öndər Heydər Əliyevin 98-ci ildönümünə həsr edilmiş təşkilat saatları keçirildi

 

    08 mayda məktəbin I-XI sinflərində virtual platforma üzərindən sinif müəllimləri tərəfindən Ulu öndər Heydər Əliyevin 98-ci ildönümünə həsr edilmiş təşkilat saatları keçirildi. İlk öncə Ümummilli lider, Azərbaycanın böyük oğlu Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Təşkilat saatlarında Azərbaycan dövlətinin memarı və qurucusu, milli həmrəyliyimizin banisi, xalqımızın və dövlətimizin xilaskarı Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz tarixi xidmətlərindən danışıldı və videoçarxlar nümayiş etdirildi. Şagirdlər çıxışlarında qeyd etdilər ki, Ümummilli lider Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə xalq, dövlət, cəmiyyət üçün yorulmadan fəaliyyət göstərib. Dünya şöhrətli dövlət xadiminin əvəzsiz xidmətləri xalqımız tərəfindən daim uca tutulacaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi