Ulu öndər Heydər Əliyevin 98-ci ildönümünə həsr olunmuş növbəti açıq dərs keçirildi

    Açıq dərslərin keçirilməsində əsas məqsəd Ümummilli lider Heydər Əliyev irsi, həyat və yaradıcılığı ilə məktəbliləri maarifləndirməkdən ibarətdir. Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin siyasi, iqtisadi əsaslarını yaradıb, xalqın müstəqil və güclü dövlətə sahib olmaq arzusunu reallığa çevirmiş fenomen şəxsiyyət kimi çağdaş tariximizdə əbədiyaşarlıq qazanıb. Heydər Əliyevin qətiyyəti, möhkəm siyasi iradəsi sayəsində müasir Azərbaycan dövləti qurulub, ölkəmiz dünya məkanında öz layiqli yerini tutub. 06 mayda məktəbin Rus dili və ədəbiyyat müəllimi Sevinc Pur-Riza tərəfindən 7ç sinif şagirdlərinin iştirakı ilə Heydər Əliyevin anadan olmasının 98-ci il dönümünə həsr olunmuş açıq dərs virtual platforma üzərindən təşkil edildi. İlk öncə ümummilli liderin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sevinc müəllim şagirdlərə ulu öndərin həyat və yaradıcılığı ilə bağlı geniş məlumat verdi və videoçarx nümayiş etdirdi, şagirdlər də öz növbəsində şeirlər və təqdimatlarla çıxış etdilər. Dünya şöhrətli dövlət xadiminin əvəzsiz xidmətləri xalqımız tərəfindən daim uca tutulacaqdır.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi