Ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilmiş açıq dərs keçirildi

    05 mayda məktəbin Rus dili və ədəbiyyat müəllimi Tacirə Axundova tərəfindən virtual platforma üzərindən 5a sinif şagirdləi ilə Ulu Öndər Heydər Əliyevin 98-ci ildönümünə həsr edilmiş açıq dərs təşkil edildi. İlk öncə Ümummilli lider, Azərbaycanın böyük oğlu Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Dərsdə Azərbaycan dövlətinin memarı və qurucusu, milli həmrəyliyimizin banisi, xalqımızın və dövlətimizin xilaskarı Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz tarixi xidmətlərindən danışıldı və videoçarxlar nümayiş etdirildi. Şagirdlər çıxışlarında qeyd etdilər ki, Ümummilli lider Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə xalq, dövlət, cəmiyyət üçün yorulmadan fəaliyyət göstərib. Dünya şöhrətli dövlət xadiminin əvəzsiz xidmətləri xalqımız tərəfindən daim uca tutulacaqdır.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi