Nizami Gəncəvinin 880-illik yubileyinə həsr olunmuş divar qəzetləri və rəsmlər sərgisi təşkil edildi

    Bildiyimiz kimi 2021-ci ildə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. Qüdrətli söz və fikir ustadının insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığının bəşər mədəniyyətinin nailiyyəti kimi müstəsna əhəmiyyətini nəzərə alaraq, 2021-ci il Azərbaycan Respublikasında “Nizami Gəncəvi ili” elan edildi.

    Bununla əlaqədar olaraq 05 mayda 17 nömrəli tam orta məktəbdə şagirdlərin virtual platforma üzərindən hazırladıqları divar qəzetləri və rəsmlərdən ibarət guşələr yaradıldı. Guşələr həm məktəbin dəhlizində xüsusi ayrılmış yerdə, həm də məktəb kitabxanasında yaradıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi