Valideynlərlə onlayn görüşlər keçirildi

   01-03 mayda 17 nömrəli tam orta məktəbdə virtual platforma üzərindən 7f, 8d və 8ə siniflərinin valideynləri ilə onlayn görüşlər keçirildi. Bu görüşlərdə məktəbin tərbiyə işləri üzrə direktor müavini Tahir Həmzəyev və sinif rəhbərləri Pərizad Həmzətova, Samirə Daşdəmirova və Sevinc Ramazanova iştirak edirdilər. Tahir müəllim tərəfindən dərsə davamiyyət, siniflərdə tədrisin keyfiyyəti, əldə olunan nəticələr, şagirdlərin asudə vaxtlarının səmərəli təşkili və qarşıda duran vəzifələr haqqında valideynlərə ətraflı məlumat verildi. Bu mövzular ətrafında müzakirələr aparıldı. Sonda valideynləri maraqlandıran suallar cavablandırıldı.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi