“Nizami ili” ilə əlaqədar onlayn silsilə açıq dərslər davam edir

    Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyevin sərəncamı ilə 2021-ci il "Nizami ili" elan edilmişdir. Bu sərəncama əsasən məktəbdə silsilə tədbirlər və açıq dərslər davam etdirilir. 03 mayda məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Kəmalə Zamanova 10 “C” sinfində virtual platforma üzərindən açıq dərs təqdim etdi. İlk öncə sagirdlər dahi şair, mütəfəkkir Nizami Gəncəvinin həyat və yaradıcılığı haqqında qısa məlumat verdilər və sonra dahi şəxsiyyətin kəlamları, qəzəlləri səsləndirildi. Dərsdə ana dili və ədəbiyyat müəllimi Kəmalə Zamanova çıxış edərək şagirdlərə Nizami yaradıcılığının daha dərindən öyrənilməsi və dünyaşöhrətli şairimizin "İskəndərnamə", “Xosrov və Şirin, “Yeddi gözəl”, ”Leyli və Məcnun”, “Sirlər xəzinəsi” əsərlərinin xalqımızın mədəni inkişafında necə mühüm rol oynadığını vurğuladı və video materialları təqdim etdi. Tədbirdə məktəbin direktoru Nazilə Əliyeva, təlim-tərbiyə işləri üzrə direktor müavini Bəturə Sanıyeva, tərbiyə işləri üzrə direktor müavini Tahir Həmzəyev və sinif rəhbəri Rəhilə Quliyeva iştirak edirdilər. Sonda isə Kəmalə müəllim bütün tədbir iştirakçılarına öz təşəkkürünü bildirdi. Dərs şagirdlərin böyük marağına səbəb oldu.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi