III və IV sinif şagirdləri arasında görkəmli elm xadimi Lütfi Zadənin 100 illik yubileyinə həsr olunmuş “Məntiq olimpiadası” keçirildi

   Görkəmli elm xadimi Lütfi Zadənin 100 illik yubileyi ilə bağli AMEA Rəyasət Heyətinin, AR Təhsil Nazirliyi Kollegiyasının 05 fevral 2021-ci il tarixli birgə qərarı ilə təsdiq olunmuş və ”Bakı şəhəri üzrə Təhsil İdarəsi haqqında” əsasnamənin 15.6-cı bəndini rəhbər tutaraq 29 apreldə 17 nömrəli tam orta məktəbdə virtual platforma üzərindən III və IV (azərbaycan və rus bölmələri) sinif şagirdləri arasında “Məntiq Olimpiadası” keçirildi. III və IV sinif şagirdləri arasında təşkil olunan olimpiada da 122 şagird iştirak edirdi, 3 variantda 10 məntiqi sualdan ibarət test tapşırıqlari nəzarətçi müəllimlər Ramella Mürtuzayeva, Fidan Gülüşova, Elmira Ağayeva və Sevinc Mövsümova tərəfindən şagirdlərə verildi. Olimpiada saat 10:00-da başlandı və 11:30-da bitdi. Test tapşırıqları tez bir zamanda yoxlanaraq cavabları şagirdlərin diqqətinə çatdırılacaq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi