“Nizami Gəncəvinin 880 illik yubileyi” nə həsr olunmuş dəyirmi masa təşkil edildi

    27 apreldə 17 nömrəli tam orta məktəbdə virtual platforma üzərindən “Nizami Gəncəvinin 880 illik yubileyi” nə həsr olunmuş onlayn dəyirmi masa keçirildi. Dəyirmi masanın  əsas məqsədi ölkə başçısı cənab İlham Əliyevin 2021-ci ilin “Nizami Gəncəvi” ili elan olunması barədə imzaladığı sərəncamın icrası məqsədilə Nizami yaradıcılığını daha dərindən öyrənmək və gələcək nəsillərə dahi şairimizi yaxından tanıtdırmaqdan ibarətdir. İlk öncə sagirdlər dahi şairmütəfəkkir Nizami Gəncəvinin həyat və yaradıcılığı haqqında qısa məlumat verdilər. Daha sonra öyrəndikləri qəzəlləri və hazırladıqları video materialları təqdim etdilər. Ana dili və ədəbiyyat müəllimi Şəbnəm Babayeva çıxış edərək 5ə sinif şagirdlərinə Nizami yaradıcılığının daha dərindən öyrənilməsini tövsiyyə etdi. Tədbirdə iştirak edən kitabxana müdiri Sevil Qurbanova şairə həsr olunmuş əsərlər, məqalə və şairin əsərlərini təhlil edərək onun xalqımızın mədəni inkişafında necə mühüm rol oynadığını vurğuladı. Dəyirmi masa şagirdlərin böyük marağına səbəb olub.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi