V-IX sinif rəhbərləri ilə onlayn iclas keçirildi

   24 apreldə 17 nömrəli tam orta məktəbin direktoru Nazilə Əliyeva V-IX sinif rəhbərləri ilə  mövcud pandemiya qaydalarına uyğun olaraq virtual platformada iclas keçirdi. İclası giriş sözü ilə açan məktəbin direktoru gündəlikdə duran məsələləri müəllimlərin diqqətinə çatdırdı. Gündəlikdə duran ilk məsələ məktəb kollektivinin COVİD-19 əleyhinə vaksinasiyası ilə bağlı maarifləndirmə, ikinci məsələ IX sinif şagirdlərinin cari ildəki buraxılış imtahanlarına hazırlıq məsələlərinin təhlili, üçüncü mühüm məsələ isə distant dərslərdə müəllimlərin tədris etdikləri dərslərin daha səmərəli formada təşkili və eyni zamanda distant dərslərdə davamiyyətə ciddi şəkildə nəzarət olunması idi.

    Gündəlikdə duran məsələlər təhlil olunduqdan sonra müəllimləri maraqlandıran suallar cavablandırılmış, qarşılaşacaqları problemlərin həllinə aydınlıq gətirilmişdir. Sonda məktəb rəhbəri Nazilə Əliyeva bir daha vaksinasiya məsələsinin vacibliyini müəllimlərin diqqətinə çatdırmış və onlara işlərində uğurlar arzulamışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi