Nizami Gəncəvinin 880 illik yubileyinə həsr edilmiş “Açıq dərslər” keçirildi

    Azərbaycan xalqının böyük oğlu Nizami Gəncəvinin dahiyanə əsərləri dünya ədəbiyyatı xəzinəsinin ən parlaq incilərini təşkil edir və bəşəriyyətin yetirdiyi ən böyük dühaların yaratdıqları ölməz abidələr arasında şərəfli yer tutur. Xatırladaq ki, Prezident İlham Əliyevin yanvarın 5-də imzaladığı Sərəncamla bu il ölkəmizdə “Nizami Gəncəvi ili” elan edilib. 2021-ci ildə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. Yaşadımız ilin “Nizami Gəncəvi ili” elan edilməsi, əlbəttə, hər bir azərbaycanlının, o cümlədən, ilk növbədə, Şərq insanının diqqətini böyük şair-filosofa yönəltməyə xidmət edir.

    Bu məqsədlə 23 apreldə məktəbin Rus dili və ədəbiyyatı müəllimləri Sevinc Pur-Riza rus bölməsinin 7 c sinfində, Arzu Süleymanova isə 5 ç sinfində "Açıq dərs" təşkil etmişlər. Şagirdlər şairin həyat və yaradıcılığı haqqında məlumatlar öyrənib, kəlamlarından ibarət videoçarx nümayış etdiriblər. Həmçinin “Sirlər xəzinəsi”, “İsdəndərnamə” kimi əsərlərindən kadrlara tamaşa ediblər. Dərs şagirdlərin böyük marağına səbəb olub.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi