“Ümumdünya kitab və müəlliflik hüququ günü” nə həsr olunmuş onlayn tədbir təşkil edildi

    23 aprel Ümumdünya Kitab və Müəllif Hüquqları Günü kimi qeyd edilir. Bu gün 1995-ci ildə UNESCO tərəfindən dünya şöhrətli söz ustaları ingilis şairi və dramaturqu Uilyam Şekspirin, ispan yazıçısı Migel de Servantesin və perulu məşhur tarixçi-yazar İnka Qarsilaso de la Veqanın xatirəsinə ehtiram olaraq təsis edilib. Onların hər üçü eyni gündə, 1616-cı ilin 23 aprelində vəfat ediblər. Hər bir yaradıcı insanın öz əsərinə müəlliflik hüququ var. Müəllif hüquqlarının qorunması beynəlxalq konvensiyalarla tənzimlənir. 23 aprel Dünya Kitab və Müəllif Hüquqları Günü Azərbaycanda 2001-ci ildən qeyd olunur.

    Hər il aprelin 23-də Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə respublikanın rayon və şəhərlərində ümumi təhsil müəssisələrinin iştirakı təmin olunmaqla keçirilən kütləvi “Oxu günü”nə həsr olunmuş bədii qirayət tədbirini sinif müəllimi Nigar Xanəliyeva 4 ç sinif şagirdlərinin iştirakı ilə təşkil etmişdir. Tədbirin əsas məqsədi oxu vərdişlərini inkişaf etdirmək və kitabın gündəlik həyatımızın bütün sahələrinə daxil edilməsinə nail olmaqdan ibarətdir. Nigar müəllim şagirdlərə kitab aləmindən maraqlı məlumatlar verdi və gələcəkdə şagirdlərin məktəb kitabxanasından necə səmərəli istifadə edə biləcəkləri haqda söhbət açdı. Sonra şagirdlər öz sevimli kitablarından məlumat verərək şeirlər söylədilər və keçirdikləri bu tədbirdən çox razı qaldılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi