“Bəşəriyyətin bəlası- ağ ölümə yox deyək!” onlayn tədbir keçirildi

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə təsdiq olunmuş, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”na uyğun olaraq aprelin 22-də Azərbaycan İstiqlal Muzeyində “Zoom” proqramı üzərindən “Bəşəriyyətin bəlası- Ağ ölümə yox deyək” adlı tədbir təşkil edilmişdir. Onlayn tədbirin təşkilində əsas məqsəd şagirdləri narkomaniya və digər zərərli vərdişlərin fəsadları barədə məlumatlandırmaq, məktəblilərin təhsilə, elmə, idmana olan marağını daha da artırmaqdan ibarətdir.

    Tədbiri muzeyin elmi işçisi Aynurə Tağıyeva açaraq müasir dövrün ən qorxulu bəlalarından olan narkomaniya və onun fəsadları, gətirdiyi faciələr barədə məlumat verdi. Tədbirdə iştirak edən Bakı şəhər narkoloji mərkəzinin həkimi Fizzə Baxışova, Azərbaycan yığma komandasının üzvü, sərbəst güləş üzrə 3 qat Dünya Çempionu Hacı Əliyev “Qələm” qəzetinin müxbiri Nəcibə Babayeva, Antalyadakı Azərbaycan diaspor cəmiyyətinin sədri Ceyran Səttarova,17 nömrəli məktəbin tərbiyə işləri üzrə direktor müavini Tahir Həmzəyev, Lənkəran şəhər H.Əliyev mərkəzinin əməkdaşı Rüqqayyə xanım öz çıxışlarında yeniyetmə və gənclərin narkomaniya və digər zərərli vərdişlərdən qorunması, gənc nəslin savadlı, vətənpərvər ruhda böyüməsi, sağlam inkişaf etməsi istiqamətində çıxışları dinlənilib. Sonda tədbirdə iştirak edən məktəbliləri maraqlandıran suallar cavablandırılıb, mövzu ilə bağlı müvafiq tövsiyələr verilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi