“Biz zəfər qazandıq” onlayn rəsm müsabiqəsi keçirildi

   Azərbaycan Respublikası Prezidentinin 26 yanvar 2015-ci il tarixli 998 nömrəli sərəncamı ilə təsdiq olunmuş, ”2015-2025-ci illərdə Azərbaycan Gənclərinin İnkişaf Strategiyası”ndan irəli gələn vəzifələrin icrası, məktəblilərin yaradıcı inkişafına təkan verilməsi, onların asudə vaxtlarının səmərəli təşkilinin təmin olunması məqsədilə "AR Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5 bəndini rəhbər tutaraq 21 apreldə 17 nömrəli tam orta məktəbdə II Qarabağ Vətən Müharibəsində şanlı Azərbaycan ordusunun Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış qələbəyə həsr olunmuş “Biz zəfər qazandıq” respublika onlayn rəsm müsabiqə sərgisində iştirak etmək üçün onlayn rəsm müsabiqəsi keçirilmişdir. Məktəbdaxili müsabiqədə üç yaş qrupu üzrə fərqlənən sinif şagirdlərinin (Fəzəliyev Səid-4c, Kərimli Səma- 6e və İsmayılova Nərmin-10ç) rəsmləri 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində fəaliyyət göstərən münsiflər heyətinə təqdim edilmişdir. Uğurlar sizə!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi