2 Aprel Beynəlxalq Uşaq Kitabı Gününə həsr edilmiş tədbir keçirildi

   Bu gün dünyada Beynəlxalq Uşaq Kitabı Günü kimi qeyd olunur. 1805-ci il aprelin 2-də uşaq ədəbiyyatının inkişafında əvəzsiz rolu olan danimarkalı yazıçı Hans Xristian Andersen anadan olub. 1967-ci ildən etibarən yazıçının doğum günü Uşaq Kitabları üzrə Beynəlxalq Şuranın təşəbbüsü ilə bütün dünyada Beynəlxalq Uşaq Kitabı Günü kimi qeyd olunmağa başlayıb. Bu münasibətlə məktəbin 5"Ə" sinif şagirdlərinin iştrakı ilə məktəb kitabxanasında tədbir keçirildi. Kitabxana müdiri Sevil Qurbanova uşaqların intellektual inkişafında kitabın rolunu artırmaq, kitaba sevgi aşılamaq və mütaliə edərək söz ehtiyatlarını artırmaq üçün bu tədbiri keçirdiyini söyləyir. Şagirdlərin kitabxanaya üzv olması, onların yaşlarına uyğun kitablar götürüb oxumaları daimi təmin edilir. Tədbirin əsas məqsədi şagirdlərin bir şəxsiyyət kimi formalaşması, mənəvi aləminin zənginləşməsi, bədii təxəyyülünün, idraki bacarıqlarının inkişafında mütaliə mədəniyyətinin, kitabın mühüm rolunun və kitaba marağın artırılması idi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi