Nailiyyətlərimiz

700 balla universitetə daxil olan şagirdimizMəmmədli İsa Elşad oğlu 2015- ci ildə məktəbi bitirib, 700 balla Neft qaz mühəndisliyi fakultəsinə daxil olub. Ele həmin il də BP şirkətində Neft mühəndisi kimi işə başlayıb.

Balaca rəqqasəmiz3 "A" sinif şagirdi Nəbizadə Fatimə Murad qızı 2013-2014-cü illər ərzində T.İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq sarayında hazırlıq kursuna getmiş, tədrisi yaxşı mənimsədiyi üçün Sarayın direktoru B.Ramazanova onu fəxri fərmanla təltif edilmişdir. Fatimə dəfələrlə Bakı şəhəri Mədəniyyət və Turizm Baş İdarəsinin təşkil etdiyi “Xəzri” və ”Cücələrim” rəqs qrupunda “Milli Qurtuluş günü” nə və “31 Dekabr Həmrəlik günü” nə həsr edilmiş konsertdə fəal iştirakına görə fəxri fərmanlarla mükafatlandırılmışdır. Fatimə hal-hazırda 2 saylı İncəsənət məktəbində fortopiano üzrə musiqi təhsili alır. Biz də Fatiməni təbrik edir, uğurlarının davamını arzulayırıq.

Kikboksçumuz Əziz2014-cü ildə 30 kq çəki ilə yarışaraq I yer tutmuş, "Qızıl Əlcək" kuboku qazanmışdır. 2015-ci ildə Sərhədçi idman kompleksində keçirilən yarışda I yerə laiq görülmüş "Azərbaycan Çempionu" adını almışdır. 2016-cı ildə Respublika Əl-Oyunları sarayında keçirilən yarışda III yerə çıxmışdır. O cümlədən, həmin il İmişli idman kompleksində "Milli dirçəliş günü"nə həsr edilmiş yarışda 33 kq çəki ilə I yerə çıxmışdır. Biz də məktəb adından Ağaverdiyev Əzizi təbrik edir, uğurlarının davamını arzulayırıq. Əziz, daim ölkəmizin fəxri olasan.

HAQQIMIZDA

Bakı şəhəri Səbail rayonu 163 nömrəli tam orta məktəb 1937-ci ildən fəaliyyət gösrtərir. 2013-cü ildə məktəb əsaslı təmir edil...

BİZİM FƏXRLƏRİMİZ

Rauf Əzimov Nəriman

Mahmud Allahverdiyev Şahin

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi