Nobel qardaşlarının ev muzeyinə ekskursiya

19.10.2024-cü il tarixdə məktəbin Kiçik Akademiya rəhbəri Sevda Əliyeva və Kiçik Akademiya üzvləri, məktəb rəhbəri Səkinə Hüseynovanın təşkilatçılığı ilə Nobel qardaşlarının ev muzeyinə ekskursiya etdilər. Nobel qardaşlarının evi 1882-1884-cü illərdə tikilib və həmin ev 2008-ci ildən muzey kimi fəaliyyət göstərməyə başlayıb. Bina ikimərtəbəlidir. Birinci mərtəbədə muzey, ikinci mərtəbə isə Bakı Nobel Neft Klubu və Biznes mərkəzi də yerləşir. Tikilinin interyeri sadə Avropa üslubunda formalaşdırılıb, lakin bir otaq Şərq üslubunda dizayn edilib. Buradakı əşyaların yarısı Nobel ailəsinə məxsus, yarısı isə Nobel İrsi Fondunun keçmiş sədri mərhum Toğrul Bağırzadənin maliyyə dəstəyi ilə tarixi materiallar əsasında toplanıb. Ölkəmizdə neft sənayesinin inkişafında müstəsna xidmətləri olan Nobel qardaşlarının Bakıda yaşadıqları evi məktəbin Kiçik Akademiya üzvləri muzeyin direktoru Fuad Qasımovun məlumatları əsasında neft maqnatlarının yaşayış tərzi, onların iş dünyası ilə tanış oldular və həmin dövrün ab-havasını hiss etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi