Bu gün "Son Zəng" çalındı

  14 iyun bütün ümumi təhsil müəssisələrində "Son zəng" çalındı. Məktəbimizdə də bu münasibətlə "Son zəng" tədbiri təşkil olundu. Tədbirdə məktəbin məzun şagirdləri, onların valideynləri və müəllimlər iştirak etdilər. Məzunların rəqsləri, müəllimlərin çıxışları tədbiri rəngarəng etdi. Məktəbimizi  2023-2024-cü tədris ilində tam orta təhsil səviyyəsini 81 şagird bitirərək məzun oldu. Tədbirdə məktəbin üç müəllimi - Şahmuradova Kamilə, Şahverdiyeva Sevil, Məmmədova Zərri uzun illər gənc nəslin tərbiyəsində göstərdiyi fəaliyyətinə, milli və bəşəri dəyərlərin formalaşmasında göstərdikləri xidmətlərinə görə təltif olundular. Tədbirin sonunda məktəbin direktoru Səkinə Hüseynova, Səbail Rayon İcra Hakimiyyətinin nümayəndəsi Ağarəhim Baxışov, məktəbimizin 44 günlük Vətən müharibəsində şəhid olan Cəmil Məmmədlinin silahdaşı Murad Şirinov və şəhid anası Aygün Məmmədova çıxış edərək, məzunlarımıza həyatda bol uğur və müvəffəqiyyət arzuladılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi