Şagirdimizin uğurlu nəticəsi

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov buraxılış imtahanında 278 bal toplayan Səbail rayonu, 163 saylı orta məktəbin XI sinif şagirdi Zəka Şamilli və onun valideyni ilə görüşüb. Zəka Şamilli BANM-də “Proseslərin avtomatlaşdırılması” və ya “İnformatika təhlükəsizliyi” ixtisasında təhsil almaq istədiyini bildirib. Abituriyenti təbrik edən rektor Ali Məktəbdə tədris və təhsil prosesi haqqında məlumat verib, eləcə də BANM-in uğurlarından danışıb. BANM-in yarandığı gündən ən yüksək bal toplayan tələbələrin burada təhsil aldığını vurğulayan rektor hər il bu göstəricinin artdığını bildirib. Sonda Ali Məktəbin rektoru abituriyentə uğurlar arzulayıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi