AMEA-da bir gün

Mayın 23-də AMEA- nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Səbail rayonu 163 saylı tam orta məktəb şagirdlərinin alimlərlə görüşü olub. Pandemiya şəraitində keçirilən tədbir məktəbin kiçik akademiyasının fəaliyyət proqramına uyğun olaraq aparılıb. Məqsəd məktəb kollektivinin AMEA ilə əməkdaşlığını genişləndirmək olub. Tədbiri giriş sözü ilə İnstitutun direktor müavini filalogiya üzrə fəlsəfə doktoru dosent Aygün Bağırlı açıb. İnstitutun direktoru, Vitse prezident, akademik İsa Həbibbəylinin salamını tədbir iştirakçılarına çatdırıb. Tədbir həm Nizami ilinə, həm də 28 may Respublika gününə həsr edilib. AMEA-nın müxbir üzvü Nüşabə Araslı və filologiya üzrə fəlsəfə doktoru, dosent Təhminə Bədəlova çıxış edib. Şagirdlərdən Aylin Əlizadə, Əmirli Fidan, İsmət Mehdiyev, Abdullayeva Tərlan, Muradlı Əsmər və başqaları Nizami Gəncəvinin şeirlərindən parçalar söyləyib və alimlərimizə suallarla müraciət ediblər. Alimlər tədbirin sonunda şagirdlərimizə təhsildə və həyatda böyük uğurlar arzulayıblar. Şagirdlərimizin hər birinə qiymətli kitablar hədiyyə edilib. Tədbirin təşkilatçısı- layihə rəhbəri məktəbin tarix müəllimi Əsgərova Yeganə olub.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi