Nailiyyətlərimiz

Şahmat Turnirində I yerə layiq görülübBakı şəhər Gənclər və İdman İdarəsinin Xəzər rayonu üzrə gənclər və idman sektoru tərəfindən Xəzər Gənclər Evində məktəblilər arasında şahmat turniri keçirilib. Turnirdə 60 nəfər iştirak edib. Maraqlı mübarizə şəraitində keçən yarışda məktəbin VI B sinif şagirdi Əzimzadə Abdullah Nurlan oğlu 4-cü dərəcəlilər arasında I yerə layiq görülüb. Bakı Şəhər Gənclər və İdman İdarəsinin diplom və medalı ilə mükafatlandırılıb

UŞAQ İNCƏSƏNƏT FESTİVALINDA III YERƏ LAYİQ GÖRÜLÜB13.11.2023-cü il tarixində ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə Heydər Əliyev Mərkəzi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı və "BP Azərbaycan" şirkətinin baş sponsurluğu ilə Heydər Əliyev Mərkəzində Uşaq İncəsənət Festivalının yekun tədbir və mükafatlandırma mərasimi keçirilmişdir. Festivalda məktəbin XI "A" sinif şagirdi Əlihümbətova Leyla 14-17 yaş qrupunda "Rəssamlıq" nominasiyası üzrə həvəskar kateqoriyasında III yerə layiq görülmüş, diplom və hədiyyələr ilə mükafatlandırılmışdır. Şagirdimizi ürəkdən təbrik edir, yeni nailiyyətlər və uğurlar arzu edirik.

QIZIL MEDAL TƏQDİM OLUNUBMəktəbin 2023-cü il məzunu Abdullayev Fərid Abdulla oğluna məktəbin direktoru Gülər İsmayılova tərəfindən təhsildə xüsusi nailiyyətlərə görə qazandığı "Qızıl medal" təqdim olunub. Bu münasibətlə məzunumuzu məktəbin kollektivi adından təbrik edirik. Gələcəkdə daha böyük uğurlar arzu edirik!

HAQQIMIZDA

    Xəzər rayonu 156 nömrəli tam orta məktəb Şüvəlan qəsəbəsində yerləşir. 1935-ci ildə mədrəsə adı ilə tik...

BİZİM FƏXRLƏRİMİZ

Fərid Abdullayev Abdulla

Meyransa Quliyeva Kamran

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi