İsgəndərova Leyla İlham qızının uğuruÜmummilli Lider Heydər Əliyevin anadan olmasının 93 - cü il dönümünə həsr olunmuş "Heydər Əliyev və Müstəqil Azərbaycan" adlı inşa yazı müsabiqəsində məktəbin 10a sinif şagirdi İsgəndərova Leyla İlham qızı Sabunçu rayon Gənclər və İdman tərəfindən Diploma, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Sertifikata layiq görülmüşdür.
İsgəndərova Leyla İlham qızının uğuruÜmumilli Liderimiz Heydər Əliyevin anadan olmasının 93 - cü ildönümü münasibəti ilə Bakı şəhərində yerləşən orta ümumtəhsil məktəblərinin şagirdləri arasında "Heydər Əliyev və Müstəqil Azərbaycan" mövzusunda keçirilmiş İNŞA YAZI müsabiqəsində İŞTİRAKINA GÖRƏ
Şəhid analarına- Əziz anam, ağlama!Bu balaca qız hələ 3-cü sinifdə oxuyur. Amma, ürəyinin böyüklüyü ilə heç də bizdən geri qalmır. Ağlı, tərbiyəsi, savadı ilə yoldaşlarından seçilən Cəmilə, 155 nömrəli məktəbin 3-cü sinfində təhsil alır. Əlaçıdır. Birinci sinfə təhsil nazirliyində imtahan verərək qəbul olub. Geridə qoyduğu bu 3 ildə böyük uğurlar qazanıb, bir çox yarışların qalibi olub.Əlbəttə ki, bu uğurların səbəbkarı həm də onun müəlliməsidir. Leyla müəllimə sinifdə bütün uşaqlara eyni qayğıyla yanaşır. Amma Cəmilə, nəinki müəlliməsinin, bütün məktəb kollektivinin və direktorun hörmətini xüsusilə qazanıb. Cəmilə, boş vaxtlarında maraqlı kitabları mütaliə edir, şeir əzbərləyir. Son günlər televizor qarşısından da əl çəkmir. Cəbhədə baş verənlərə biganə qala bilməyən həmsöhbətim hər dəqiqə yeni xəbərlər gözləyir. Deyir torpaqlarımız geri alındıqca sevincinin həddi olmur. Amma hər sevinci də göz yaşlarıyla qarşılayır. Niyəsini soruşduqda isə…. ” Deməli bir ananın oğlu şəhid oldu… deməli bir ana “oğlum!”- deyə ağlayacaq, bir uşaq “ata!”- deyə ağlayacaq… Mən də o analar üçün nə isə etmək istəyirəm, onlara necə təsəlli verə bilərəm?”-deyir. İnsan nə deyəcəyini bilmir, balaca ürəyində bu qədər böyüklüyü necə daşıya bilir, şəhid xəbəri eşidəndə gözlərindən axan kədər yaşında da bir qürür duyulur. O, şeir söylədi və dedi ki, şeirimi şəhid analarına həsr edirəm. Qoy analar ağlamasın, onlar ağlasa vətən də ağlayar. Analar ağlasa, oğlanlarının ruhu da ağlayar -deyir Cəmilə.